Türkiyədə son sutkada koronavirusdan 52 nəfər ölüb
Sen 08, 2020 23:02 Asia/Baku
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 52 nəfər ölüb.
SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 110 565 şübhəli koronavirus testindən keçib, onlardan 1761-nün cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1159 nəfər olub, 1093 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 283 270 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 6782 nəfər ölüb.