Ərdoğan: “Makron hətta Fransanın tarixini bilmir”
https://azeri.sahartv.ir/news/türkiyə-i367205-Ərdoğan_makron_hətta_fransanın_tarixini_bilmir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronu avamlıqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2020 07:26 Asia/Baku
  • Ərdoğan: “Makron hətta Fransanın tarixini bilmir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronu avamlıqda ittiham edib.

Səhər Azəri bildirir ki, Türkiyə prezidenti Makronun hətta, Fransa tarixini belə bilmədiyini deyib. 

Ərdoğan Fransa prezidentinə xitabən deyib: "Sən tarixi bilmirsən. Hətta Fransanın özünün tarixini bilmirsən. Sən Türkiyəyə tarix öyrədə bilməzsən."

Türkiyə prezidenti daha sonra Makronun "bizim Türkiyə xalqı ilə problemimiz yoxdur, bizim problemimiz Ərdoğan hökumət ilədir" sözünə də reaksiya verib: "Cənab Makron sənin şəxsimlə hələ çox problemin olacaq."

Ərdoğan çıxışının davamında Makronun prezidentlik dövrünün başa çatmasına da az qaldığını xatırladıb: "Sənin vaxtına az qalıb. Sən gedər ayaqdasan."