Terrorizmə qarşı mübarizə çərçivəsində
Türkiyədə PKK ünsürləri azalmağa başlayıb
Sen 25, 2020 15:49 Asia/Baku
PKK qüvvələrinin Türkiyə daxilindəki sayı 400 nəfərdən aşağıya enibdir.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu ölkənin təhlükəsizlik qüvvələrinin Türkiyə sərhədləri daxilində PKK ünsürlərinə qarşı əməliyyatlarına işarə ilə deyib: Keçən il 200 terrorçu xaricdən Türkiyəyə daxil olub; bu il isə bu rəqəm təqribən səksən nəfərə enibdir.
PKK terrorçularının zərərsizləşdirilməsi məqsədilə iyulun on üçündən Türkiyə ərazisi daxilində «İldırım» adlı əməliyyat başlanıb və indiyədək bu silahlı qruplaşma üzvlərindən yetmiş nəfərdən çoxu öldürülübdür.