PKK/KCK-nın daha 2 üzvü Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub
Noy 22, 2020 07:17 Asia/Baku
Təlqin səyləri nəticəsində terror təşkilatı PKK/KCK-nın daha 2 üzvü Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.
SəhərAzəri Türkiyə xəbər agentliklərinə istinadən xəbər verir, Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasında Polis Müdirliyi tərəfindən aparılan təlqin səyləri nəticəsində terror təşkilatı PKK/KCK-dan qaçan 2 təşkilat üzvünün təhlükəsizlik qüvvələrinə təslim olduğu ifadə edilib.Təslim olan təşkilat üzvlərindən birinin 10 il, digərinin isə 3 ildir təşkilatda olduğu və Suriyada fəaliyyət göstərdiklərii müəyyən edilib. Açıqlamada bu il yalnız təlqinlər nəticəsində təslim olan təşkilat üzvlərinin sayının 206-ya çatdığı qeyd edilib.