Aralıq dənizində alman freqatı Türkiyənin yük gəmisinə müdaxilə edib
Almaniya və Türkiyə Aralıq dənizində, Almaniyaya məxsus freqatın, Liviyaya silah daşımaqda şübhəli bilinən Türkiyənin yük gəmisinə müdaxiləsini təsdiqləyiblər.
SəhərAzəri xəbər verir, Almaniya freqatının, Liviyaya silah daşımaqda şübhəli bilinən türk gəmisinə müdaxiləsindən sonra, Türkiyə alman qüvvələri tərəfindən tam təftişin aparılmasına mane olduğunu bildirib.
"Röyters"in məlumatına görə, Həm Almaniya, həmdə Türkiyə bu qarşıdurmanı təsdiqləyiblər. Almaniyanın Müdafiə Nazirliyi bildirib ki, bu ölkənin Hamburq freqatında yerləşən qüvvələr Avropa İttifaqı tərəfindən təyin edilən "İrini" missiya çərçivəsində "Rosaline A" gəmisindən şübhələnib və onda axtarış aparmaq istəyib, Lakin türk gəmisinin ekipajının mane olması və etirazı ilə üzləşərək, gəmini tərk etmək məcburiyyətində qalıbdır".
Almaniyanın Müdafiə Nazirliyi aparılan axtarış zamanı şübhəli heç bir material aşkarlanmayıb. Türkiyənin təhlükəsizlik mənbələri də "Rosaline A" gəmisinin ərzaq məhsulları və boya daşıdığını və bu alman gəmisinin beynəlxalq qanunları pozduğunu söyləyiblər.
Türkiyənin bir təhlükəsizlik mənbəyi bu haqda açılama verərkən deyib: " Alman qüvvələri bazar ertəsi günü səhər saatlarında axtarış apardıqdan və yükün boya, qida və biskvit olduğunu bildikdən sonra gəmini tərk ediblər.
Almaniya Müdafiə Nazirliyinin sözçüsü isə deyib: "Bu gəmi bazar gecəsindən bəri Liviyanın Benqazi şəhərinin şimalından təxminən 200 km məsafədə olarkən izlənilirdi. Alman diplomat bu missiyanın bütün mərhələlərinin düzgün şəkildə həyata keçirildiyini əlavə edib.