Türkiyədə dekabrın 11-dən COVID-19 peyvəndinin tətbiqinə başlanılacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i370327-türkiyədə_dekabrın_11_dən_covid_19_peyvəndinin_tətbiqinə_başlanılacaq
Dekabrda Türkiyəyə ən az 10, böyük ehtimalla isə təxminən 20 milyon doza Çin istehsalı peyvənd gətiriləcək. Bu rəqəm yanvarda 20 milyon, fevralda isə 10 milyon təşkil edəcək. Ölkə əhalisinin peyvəndlənməsi prosesinin dekabrın 11-dən etibarən başlanılması planlaşdırılır. Peyvəndin ilk növbədə səhiyyə işçilərinə, sonra isə risk qruplarına daxil olanlara tətbiqi nəzərdə tutulur.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 02, 2020 20:36 Asia/Baku
  • Türkiyədə dekabrın 11-dən COVID-19 peyvəndinin tətbiqinə başlanılacaq

Dekabrda Türkiyəyə ən az 10, böyük ehtimalla isə təxminən 20 milyon doza Çin istehsalı peyvənd gətiriləcək. Bu rəqəm yanvarda 20 milyon, fevralda isə 10 milyon təşkil edəcək. Ölkə əhalisinin peyvəndlənməsi prosesinin dekabrın 11-dən etibarən başlanılması planlaşdırılır. Peyvəndin ilk növbədə səhiyyə işçilərinə, sonra isə risk qruplarına daxil olanlara tətbiqi nəzərdə tutulur.

SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə COVID-19 peyvəndinin tətbiqi ilə bağlı açıqlamasında bildirib.

Yerli peyvəndin aprel ayından etibarən aktiv şəkildə tətbiqinin nəzərdə tutulduğunu deyən nazir bildirib:

“COVID-19 peyvəndi ilə bağlı ilkin anlaşmalar əldə edilib. Bu razılaşmalara əsasən dekabr-fevral ayları ərzində Çin istehsalı olan “Sinovac” peyvəndinin 50 milyon dozasının mərhələli şəkildə Türkiyəyə gətirilməsi planlaşdırılır. Hazırda elmi şurada vətəndaşların peyvəndlənməsi prosesinin aparılması, peyvəndin əvvəlcə kimlərə vurulacağı ilə bağlı müzakirələr aparılır. Türk professorlar Uğur Şahin və Özlem Türeci tərəfindən qurulan Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkətlərinin ortaq hazırladıqları COVID-19 peyvəndinin də Türkiyəyə idxalı ilə bağlı danışıqlar aparılır. Danışıqlar müsbət nəticə verəcəyi təqdirdə bu peyvəndin dekabr ayında 1, sonra isə 25 milyon dozasının ölkəyə gətirilməsi planlaşdırılır. Belə olacağı təqdirdə ümumilikdə 75 milyon doza COVID-19 peyvəndinin Türkiyəyə gətirilməsi nəzərdə tutulur”.