Dek 04, 2020 22:45 Asia/Baku
  • Türk qüvvələri 17 YPG-nin üzvünü öldürdü

Suriyanın şimalında Türk hərbçiləri ilə PKK/YPG-nin yaraqlıları arasında baş verən qarşıdurmada terror qruplaşmasının 17 üzvü öldürülüb.

SəhərAzəri xəbər verir, Cümə axşamı günü, Suriyanın şimalındakı Zeytun Budağı PKK/YPG yaraqlılarının hücumunda bir türk ordusu çavuşunun öldürülməsindən sonra, Türk artileriya və hərbi dəstək bölmələri bu qrupun yaraqlılarının mövqelərini atəşə tutublar. Bu hücumlar nəticəsində YPG-nin 6 üzvü ölüb.
Bölgəyə Türk hərbi pilotsuz təyyarələrinin Göndərilməsi ilə, komandolar və xüsusi əməliyyat qüvvələri də YPG yaraqlılarına qarşı əməliyyatlara başlayıb. Son xəbərlərə görə, əməliyyatda 11 YPG üzvü öldürülüb.
Türkiyәnin Müdafiә Nazirliyi də bildirib ki, ‘‘Zeytun budağı’’ әmәliyyatının keçirildiyi bölgәdә bir әsgәrin öldürüldüyündən sonra hәyata keçirilәn әmәliyyat nәticәsindә PKK/YPG-nin 17 üzvü zәrәrsizlәşdirilib.

Teqlər