Liviyada Türkiyəyə məxsus gəmi girov götürülüb
https://azeri.sahartv.ir/news/türkiyə-i370530-liviyada_türkiyəyə_məxsus_gəmi_girov_götürülüb
Liviyanın Misrata şəhərinə dərman preparatları daşıyan, Türkiyəyə məxsus olduğu bildirlən "Mebruka" yük gəmisi qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən ələ keçirilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 08, 2020 06:34 Asia/Baku
  • Liviyada Türkiyəyə məxsus gəmi girov götürülüb

Liviyanın Misrata şəhərinə dərman preparatları daşıyan, Türkiyəyə məxsus olduğu bildirlən "Mebruka" yük gəmisi qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən ələ keçirilib.

SəhərAzəri Apa-ya istinadən verdiyi xəbərə görə, gəmi heyəti arasında doqquzu Türkiyə, biri Azərbaycan, yeddisi hindistanlı olan 17 nəfər heyət üzvü girov götürülüb. 

Xəlifə Haftarın sözçüsü Əhməd Əl-Mismari yük gəmisində dərman olduğunu etiraf edib. O, gəminin Haftar tərəfindən qadağan olunan əraziyə girdiyi və “təlimatlara əməl etmədi”yi üçün Rəs Əl-Hilal limanına çəkilərək orada saxlandığını deyib.