Ərdoğan: Amerikanın sanksiyaları Türkiyə hakimiyyətinə hücumdur
Türkiyə prezidenti ABŞ-ın ölkəsinə qarşı sanksiyalarını «Türkiyə hakimiyyətinə hücum» adlandırıb.
SəhərAzəri xəbər verir ki, Rəcəb Tayyıb Ərdoğan bu gün bir çıxışda Amerikanın Türkyəyəyə qarşı sanksiyalarına reaksiya verib və belə deyib: Bu sanksiyalarda məqsəd, Türkiyənin müdafiə sənayesi sahəsində göstərdiyi səylərə zərbə vurmaqdır.
«Bu sanksiyalarla müdafiə sənayesinin yaradılması üçün çevik addımlar atacağıq» deyən Türkiyə prezidenti iddia edibdir ki, həmin sanksiyalar Türkiyədən savayı heç bir digər ölkəyə tətbiq olunmayıb və bu ölkəni təslim olmağa vadar edə bilməyən tərəflər daxili müxalifləri və bəzi orqanları öz oyuncaqlarına çevirməyə çalışırlar.
Ərdoğan deyib: Vaşinqton Ankaranın, müdafiə sistemlərinin satın alınmasına dair şərtlərindən heç birinə cavab vermədi, amma hazırda Türkiyəyə qarşı sanksiyalar silahından istifadə edir.
Türkiyə milli məclisindəki dörd partiya da birgə bəyanat yayaraq, Amerikanın Rusiyadan S-400 raket-müdafiə sistemləri satın aldığına görə, Türkiyəni sanksiya etmək qərarını pisləyib və bu sanksiyaların tez bir zamanda ləğv edilməsini istəyibdir.
Ədalət və İnkişaf Partiyası, Cumhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İYİ Pariya bu birgə bəyanatda bildiriblər ki, Amerikanın həmin hərəkəti müttəfiqlik ruhu ilə uyuşmayaraq, iki ölkənin maraqları və əlaqələrini açıq şəkildə pozur.
Amerikanın maliyyə nazirliyi bazar ertəsi günü Türkiyənin hökumət, həmçinin hərbi texnologiyanın təmin edilməsinin idarəçiliyi və milli təhlükəsizliyin gücləndirilməsində məsuliyyət daşıyan bu ölkənin müdafiə sənayesinin rəsmilərindən dörd nəfəri Rusiyadan S-400 raket-müdafiə sistemləri satın aldığına görə, sanksiya etdi.