Türkiyə zəlzələsində onlarla nəfər bədən xəsarəti alıb
https://azeri.sahartv.ir/news/türkiyə-i371290-türkiyə_zəlzələsində_onlarla_nəfər_bədən_xəsarəti_alıb
Rixter şkalası ilə 5,3 bal gücündə Türkiyənin Elazığ vilayətində baş verən zəlzələdə azı 68 nəfər bədən xəsarəti alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2020 16:52 Asia/Baku
  • Türkiyə zəlzələsində onlarla nəfər bədən xəsarəti alıb

Rixter şkalası ilə 5,3 bal gücündə Türkiyənin Elazığ vilayətində baş verən zəlzələdə azı 68 nəfər bədən xəsarəti alıb.

SəhərAzəri xəbər verir, İstanbulun Boğaziçi universitetinin Qəndilli seysmologiya institutu bildirib ki, bu yeraltı təkan yerli vaxtla bu gün səhər saat 9-37 dəqiqədə yerin altı kilometr dərinliyində, Elazığ vilayətinin mərkəzi olan eyniadlı rayonun Kavakətpə kəndində baş verib.

Bu yeraltı təkan Elazığ vilayətinin kəndlərində onlarla evə xəsarət vurubdur.

Bu məlumata görə, həmin yeraltı təkan qonşu vilayətlərdə də hiss olunubdur.

Bəzi informasiya mənbələri bu zəlzələnin gücünü altı rixterdən yuxarı elan ediblər.