Yan 10, 2021 15:02 Asia/Baku
  • Türkiyə qüvvələri PKK qüvvələrilə toqquşublar

Türkiyənin jandarm qüvvələrinin Diyarbəkir vilayətində PKK üzvləri ilə toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıbdır.

SəhərAzəri xəbər verir, Toqquşmanın Diyarbəkir vilayətinin Lice rayonunun ətrafında baş verdyini bildirən Türkiyə Daxili İşlər Nazirliyi qarşıdurma zamanı bir jandarmın öldürüldüyünü qeyd edib.

Türkiyə Daxili İşlər Nazirliyi həmçinin bildirib ki, münaqişə zamanı yaralanmış iki Jandarma tibbi yardım göstərilibdir.

Türkiyədə kürd probleminin həlli üzrə sülh prosesi 2012-ci ilin dekabrında başlandı və 2015-ci ilin iyulunda Suruç şəhərində törədilmiş partlayışdan sonra dayandırıldı. Ondan sonra Türkiyə ordusu və bu ölkədə fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyası- PKK yenidən bir-birilərinin mövqelərinə hücum etməyə başladılar.

Türkiyə və PKK qırx ildən çoxdur ki, savaş vəziyyətindədirlər.

Teqlər