Akar: Türkiyənin sanksiya edilməsi NATO-nun zəifləməsinə səbəb olacaq
Türkiyənin müdafiə naziri NATO ölkələrinin müdafiə nazirlərinin video-konfrans formasında keçirilən iclasında Türkiyəyə qarşı hər cür sanksiya barədə xəbərdarlıq edib.
SəhərAzəri xəbər verir, Hulusi Akar Ankaranın PKK ilə mübarizəni davam etdirməyə əzmkar olduğunu vurğulayaraq, bildiribdir ki, Türkiyəyə qarşı məhdudiyyət və sanksiyalr NATO-nun zəifləməsinə səbəb olacaq.
Türkiyənin müdafiə naziri bu iclasın mehvərinin son dünya olayları, NATO-nun Əfqanıstan və İraqdakı fəaliyyətləri, həmçinin çəkindiricilik və müdafiə məsələlərinin araşdırılması olduğunu bildirib.
Akar həmçinin İraqın şimalında PKK qrupuna qarşı həyata keçirilən «Qartal pəncəsi-2» əməliyyatı ilə bağlı xülasə şəkildə bir məlumat təqdim edərək, xatırladıbdır ki, bu qrup NATO-nun İraqdakı tapşırıqlarının genişlənməsi yolunda ən böyük bir maneədir. O, bu müştərək təhdidlə mübarizədə Türkiyənin müttəfiqlərinin həmkarlığı, birliyi və həmrəyliyinin önəmini vurğulayıb.
Ankara Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nı terrorçu qrup kimi tanıyaraq, təqdim edibdir.
Türkiyə NATO-nun xüsusilə bu ölkəyə qarşı 2015-ci il iyul çevrilişindəki fəaliyyətindən və bu təşkilatın Aralıq dənizindəki neft və qaz kəşfiyyatı əməliyyatında Ərdoğan hökumətinə dəstək verməməsindən narazıdır. Amma bəzi maraqlara görə, bu hərbi təşkilatla həmkarlığı davam etdirməyə meylli olmaqda davam edir.