Fev 27, 2021 10:00 Asia/Baku
  • Türkiyədə kovid-19 qurbanlarının sayı 28.432 nəfərə çatıb

Türkiyə Səhiyyə Nazirliyi koronavirsu nəticəsində ölkədəki yoluxma halları və ölüm sayının artmasında xəbər verib.

SaharAzeri-nin Anadolu Xəbər Agentliyinə istinadən  verdiyi məlumata görə, Türkiyənin Səhiyyə Nazirliyi cümə gecəsi ötən sutka ərzində ölkədə 9205 insanın koronavirusuna yoluxduğunu və 74 türk vətəndaşının kovid-19 xəstəliyi səbəbiylə həyatını itirdiyini açıqladı.

Bu yeni statistika ilə Türkiyədə koronavirusuna yoluxanların sayı 2 milyon 683 min 971 nəfərə yüksəldi. Türkiyədə virus qurbanlarının sayı isə 28 min 432 nəfərə çatdı

Son günlərdə Türkiyədə koronavirus infeksiyası və ölüm nisbətləri kəskin artıb.

Türkiyənin 23 vilayətində koronavirusuna yoluxmuş insanların sayının artmasından və virusun ingilis növünün müşahidə edilməsindən sonra bu ölkənin bəzi şəhərləri mətəqəvi karantinaya alınımışdir.