Türkiyədə “CoronoVac” vaksini ilə səkkiz milyona yaxın insan peyvəndlənib
https://azeri.sahartv.ir/news/türkiyə-i374149-türkiyədə_coronovac_vaksini_ilə_səkkiz_milyona_yaxın_insan_peyvəndlənib
Türkiyədə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Çindən alınan “CoronoVac” vaksini ilə peyvəndləmə prosesi sürətlə davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2021 10:54 Asia/Baku
  • Türkiyədə “CoronoVac” vaksini ilə səkkiz milyona yaxın insan peyvəndlənib

Türkiyədə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Çindən alınan “CoronoVac” vaksini ilə peyvəndləmə prosesi sürətlə davam edir.

SəhərAzəri Azərtac-a istinadən xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi verdiyi məlumat görə indiyədək birinci doza ilə peyvənd olunanların sayı 8 milyona yaxınlaşır. Martın 8-dək olan göstəricilərə görə, 28 günlük fasilədən sonra ikinci dozanı vurduranların sayı isə 2,5 milyon nəfər civarındadır. Ən çox peyvəndləmə İstanbulda aparılıb. İkinci yerdə Ankara, üçüncüdə isə İzmir gəlir.