Türkiyədə bir təxribat əməliyyatı zərərsizləşdirilib
Türkiyənin daxili işlər naziri bu ölkədəki təxribatçılıq hərəkətlərinin zərərsizləşdirilməsinin şərhində iki şübhəlinin həbs olunmasından xəbər verib.
SəhərAzəri xəbər verir ki, Süleyman Soylu dünən günortaçağı Ankarada, ötən bir ildə iyirmi altı təxribat əməliyyatının zərərsizləşdirilməsindən söz açıb.
Türkiyənin daxili işlər naziri qeyd edib ki, bu ölkənin təhlükəsizlik qüvvələri dünən, cümə axşamının ilk saatlarında Hatay vilayətinin iri şəhərlərində təxribatçılıq hərəkətləri həyata keçirməkdə şübhəli bilinən iki nəfəri həbs ediblər.
Süleyman Soylu həbs olunanları PKK-ya yaxın olan şəxslər kimi təqdim edib. Vurğulayıb ki, bu iki nəfər qanunsuz surətdə Türkiyəyə daxil olduqdan sonra Kərikhan şəhərindəki bir tarlada gizlənibmiş.
Ankara Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nı bir terrorçu qrup kimi təqdim edir.