Mart 24, 2021 12:13 Asia/Baku
  • Türkiyə Rusiya qazının qiymətlərində 23% artımın olacağını gözləyir

Türkiyənin “Botaş” şirkəti bu ilin ikinci rübündən etibarən Türkiyə üçün Rusiya qazının alış qiymətinin 23% artacağını gözləyir.

SəhərAzəri APA-ya istinadən xəbər verir i, hazırda “Botas” Rusiya Federasiyasından min kubmetr təbii qaz üçün 170 ABŞ dolları ödəyir. Aprelin 1-dən etibarən qiymət 209 dollara qədər artacaq. Türkiyənin Rusiya, İran və Azərbaycanla bağladığı müqavilələrə uyğun olaraq, tədarükçü bazar vəziyyətindən asılı olaraq qiymətləri rüblük dəyişə bilər.

Rusiya qazının qiymətində artım perspektivi ilə əlaqədar olaraq ölkə daxilində tariflərin artırılması məsələsi də müzakirə olunur. “Botas” hələ kəskin artımın olacağını planlaşdırmır.  Belə ki, mart ayında daxili bazarda qazın qiyməti 1% artdı. Şirkət bildirib ki, 1 apreldən etibarən tariflərdə az da olsa, artım istisna olunmur.

Teqlər