Ərdoğan Türkiyədə koronavirusa qarşı vaksinasiyanın nə vaxt bitəcəyini açıqlayıb
Mart 26, 2021 16:33 Asia/Baku
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə COVİD-19 virusuna qarşı vaksinasiyanın nə vaxt bitəcəyinə aydınlıq gətirib.
SəhərAzəri xəbər verir ki, Ərdoğan jurnalistlərin sualına cavabında vaksinasiya prosesinin may-iyun aylarında başa çatacağını təxmin etdiyini bildirib.
“Düşünürük ki, may-iyun aylarında bu proses bitsin və yay fəslinə daha rahat girmiş olaq”, - deyə Türkiyə lideri qeyd edib.