Türkiyədə BioNTech vaksininin inyeksiyası başlanıb
Apr 03, 2021 23:03 Asia/Baku
Türkiyə hökuməti bu ölkədə ümumi vaksinasiya layihəsi çərçivəsində Pfizer-BioNTech vaksinin inyeksiyasına başlayıb.
SəhərAzəri xəbər verir ki, Türkiyə səhiyyə nazirliyi bu növ vaksindən iki milyon 800 min dozanı Almaniyadan idxal edib.
Türkiyə aprel ayınadək Pfizer-BioNTech vaksinindən dörd milyon 800 min doza alacaq.
Türkiyə vətəndaşları vaksinin aşılanması üçün vaxt təyin edilərkən Sinovac və ya Pfizer-BioNTech peyvəndini seçə bilər.
Türkiyə səhiyyə nazirliyinin statistikasına görə, bu ölkədə peyvəndləmənin sayı on altı milyon beş yüz min dozanı ötüb keçibdir.