Ərdoğan Rusiya-Ukrayna məsələsinin həllinə təkid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i375909-Ərdoğan_rusiya_ukrayna_məsələsinin_həllinə_təkid_edib
Türkiyə prezidenti Moskva-Kiyev böhranının Ukraynanın ərazi bütövlüyünə istinadla həllinə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2021 08:19 Asia/Baku
  • Ərdoğan Rusiya-Ukrayna məsələsinin həllinə təkid edib

Türkiyə prezidenti Moskva-Kiyev böhranının Ukraynanın ərazi bütövlüyünə istinadla həllinə təkid edib.

SəhərAzəri xəbər verir ki, Rəcəb Tayyıb Ərdoğan Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon söhbətində onunla regional məsələlər, xüsusən Rusiya-Ukrayna böhranı ətrafında fikir mübadiləsi aparıb.

Türkiyə prezidenti sonra deyib: Rusiya-Ukrayna məsələsi Minsk razılaşması və Ukraynanın ərazi bütövlüyünü rəsmən tanıyan digər razılaşmalar çərçivəsində araşdırılmalıdır.

Ukraynalılar son zamanlar Rusiyanı müştərək sərhədlərin ətrafında hərbi qüvvələr yerləşdirməkdə ittiham ediblər. İddia ediblər ki, Rusiyanın himayəsi altında olan müxaliflər sistematik şəkildə Ukraynanın şərqində atəşkəsi pozurlar.

Son vaxtlar Amerikadan anti-tank raketləri, PUA-lar və zirehli avtomobillərin daxil olduqları bir neçə milyon dollarlıq hərbi kömək alan Ukrayna onları Rusiya sərhədinin yaxınlığına toplamaqla məşğuldur.