Türkiyə PKK-nı PUA əldə etməkdə ittiham edib
https://azeri.sahartv.ir/news/türkiyə-i377407-türkiyə_pkk_nı_pua_əldə_etməkdə_ittiham_edib
Bir Türkiyə qəzeti yazıb ki, bu ölkənin Kürdüstan Fəhlə Partiyası- PKK, əmirliklər və digər ölkələrdən pilotsuz uçan aparatlar alıb və bölgədə öz döyüş qabiliyyətini bərpa etməyə çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2021 10:37 Asia/Baku
  • Türkiyə PKK-nı PUA əldə etməkdə ittiham edib

Bir Türkiyə qəzeti yazıb ki, bu ölkənin Kürdüstan Fəhlə Partiyası- PKK, əmirliklər və digər ölkələrdən pilotsuz uçan aparatlar alıb və bölgədə öz döyüş qabiliyyətini bərpa etməyə çalışır.

SəhərAzəri-nin məlumatına əsasən,«Habertürk» qəzeti yazıb ki, onlarla PUA-sı olan PKK əmirliklər kimi bəzi ölkələrdən daha 120 ədəd pilotsuz təyyarə almaq niyyətindədir.

Qəzet yazıb ki, Türkiyə Kürdüstanı Fəhlə Partiyası əmirliklərdən təhvil aldığı pilotsuzları öncə İraqın Suleymaniyyə rayonuna, sonra isə bu ölkənin şimalında yerləşən Məxmur rayonuna köçürübdür.

Məlumata görə, Türkiyə Kürdüstanı Fəhlə Partiyası bu məsələnin gizli qalması üçün pilotsuzlar üzrə yeni sifarişləri digər bir ölkə vasitəsilə təqib edir.

Türkiyə dövləti PKK-nı terrorçu qrup kimi tanıyır və təqdim edir.