İyun 30, 2021 20:04 Asia/Baku
  • Türkiyə ordusu
    Türkiyə ordusu

Türkiyə qoşunları, İraqın şimal hissəsində qanunsuz varlığının davamında, bir əməliyyat keçirərək, Türkiyə Kürdüstan Fəhlə Partiyasının (PKK) iki üzvünü öldürüb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin Kəşfiyyat Təşkilatının məlumatına görə, İraqın şimalındakı Süleymaniyyə şəhərində həyata keçirilən əməliyyatda, PKK üzvü Mahiye Açık və Suriya vətəndaşı Roha Raci öldürülüb.

Anadolunun məlumatına görə, Türkiyənin Müdafiə Nazirliyi elə bie halda İraqın şimalında əməliyyatların davam etməsi vacibliyini vurğulayır ki, İraq hökuməti bundan əvvəl rəsmi bəyanat yayaraq, Ankaranı İraqdakı hərbi varlığına son qoymağa çağırıb.

Bağdad, həmçinin vurğulayıb ki, birgə təhlükəsizlik problemlərini həll etmək üçün birtərəfli hərbi yollara müraciət etmək təsirli bir həll yolu ola bilməz. 

Türkiyənin Kürdüstan Fəhlə Partiyası PKK silahlı bir dəstənin adıdır ki, 1984-cu ildə kürdsakinli bölgələrdə muxtariyyət yaratmaq üçün Türkiyə hökuməti əleyhinə silahlı mübarizəyə qalxıb. 

Teqlər