Çavuşoğlu Lavrovla görüşüb
Türkiyənin xarici işlər naziri dünən Romada Rusiyanın xarici işlər naziri Sergeyl Lavrovla görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Mövlud Çavuşoğlu öz rus həmkarı ilə görüşdən sonra müxbirlərə verdiyi müsahibədə Rusiyanın ölkəsinə qarşı tənqidlərini rədd edib.
Rusiya, Ukraynaya silahlı pilotsuzlar təhvil verdiyi üçün Ankaranı tənqid edib.
Çavuşoğlu Ukraynanın Donbas bölgəsində Türkiyə istehsalı olan pilotsuzlardan istifadə etməsi haqda belə deyib: Bəlkə də Ukraynanın istifadə etdiyi silahlı PUA-lar Türkiyədə istehsal olunub, amma onlar Ukrayanaya aiddir və heçkəs Türkiyəni müqəssir saya bilməz.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanı İtaliyaya səfərdə və 20-lər qrupunun sammitində müşayiət edir.