Ərdoğan bir daha NATO-nun genişləndirilməsinə qarşı çıxdı
https://azeri.sahartv.ir/news/türkiyə-i389595-Ərdoğan_bir_daha_nato_nun_genişləndirilməsinə_qarşı_çıxdı
Türkiyə prezidenti bir daha Finlandiya və İsveçi terrorizmin himayədarları kimi təqdim edib və buna görə, bu iki ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-ya üzv olmasına qarşı çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2022 14:41 Asia/Baku
  • Ərdoğan bir daha NATO-nun genişləndirilməsinə qarşı çıxdı

Türkiyə prezidenti bir daha Finlandiya və İsveçi terrorizmin himayədarları kimi təqdim edib və buna görə, bu iki ölkənin Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-ya üzv olmasına qarşı çıxıb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikasına səfərdən geri dönən Rəcəb Tayyıb Ərdoğan təyyarədə müxbirlərin suallarını cavablandırıb.

Finlandiya və İsveçə «PKK-ya dəstək vermək» kimi ittiham damğası vuran Türkiyə prezidenti üzünü müxbirlərə tutub və öncəki mövqeyini təkrar edib.

Nə qədər ki, Türkiyə prezidentiyəm, terrorizmə dəstək verən ölkələrin NATO-ya girişinə «bəli» deyə bilmərəm- deyə, Ərdoğan bildirib.

Ərdoğan əlavə edib: Əgər Amerika terrorizmlə mübarizədə öz vəzifəsinə əməl etməzsə, nə edəcəyik?- Biz özmüzü qoruyacağıq. Terrorizmlə mübarizə üçün bir yerdən icazə almayacağıq.