İyun 01, 2022 11:19 Asia/Baku
  • Türkiyə NATO-nun Qara dənizdəki təlimlərini ləğv edib

Türkiyənin xarici işlər naziri bildirib ki, Montrö Konvensiyasına əsasən NATO-nun Qara dənizdə planlaşdırılan bəzi təlimlərini ləğv edib.

SəhərAzəri-nin məlumatına əsasən, "Anadolu" xəbər agentliyinin məlumatına görə, Mövlud Çavuşoğlu deyib: "Türkiyə Montrö Konvensiyasının hərbi gəmilərin Qara dənizə keçməsinə icazə verilməməsi müddəaları ilə əlaqədar və Ukrayna müharibəsi səbəbindən bəzi NATO təlimlərini ləğv edib və təxirə salıb".

Türkiyənin xarici işlər naziri əlavə edib: "Biz sanksiyalarda iştirak etsəydik, indiki kimi vasitəçi rolunu yerinə yetirə bilməzdik. Biz Montrö Konvensiyasını hərbi gəmilərə tətbiq etdik, lakin hava məkanı ilə biz hələ də mühüm rol oynayırıq və öhdəliklərimizi yerinə yetiririk".

Çavuşoğlu qeyd edib ki, Ankara əvvəldən təkid edib ki, BMT sanksiyaları Rusiyaya rəsmi şəkildə tətbiq olunarsa, onlara qoşulacaq.

"Ölkələr indi kimə istəyirlərsə, ona qarşı sanksiyalar tətbiq edə bilərlər. Bu onların işidir. Biz vasitəçilik etməyi seçdik, işləri asanlaşdırmağa çalışırıq", - deyə Çavuşoğlu bildirib.

Avropa Şurasının sədri Şarl Mişel bir tvitdə bildirib ki, Avropa İttifaqı liderləri Rusiya neftinin böyük hissəsinin idxalını qadağan etmək barədə razılığa gəliblər.

1936-cı il Montrö Konvensiyasına əsasən Türkiyə iki boğaza, Bosfor və Çanaqqala boğazlarına nəzarət etmək hüququna malikdir və müharibə zamanı və ya təhlükə yaranarsa, döyüş gəmilərinin keçidini məhdudlaşdıra bilər. Hazırda Ankara həm Rusiya, həm də Ukrayna hərbi gəmilərinin Qara dənizə daxil olması üçün bu boğazlardan keçməsinə qadağa qoyub.

Teqlər