Sülyeman Soylu ABŞ-a qarşı dövlət çevrilişi ittihamını təkrarladı
Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu 2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhddə ABŞ-ın əli olduğunu deyib.
Süleyman Soylu deyib: “Çevrilişi kim etdi? İndi hardasa olan FETÖ rəhbəri etdi. Arxasında kimin olduğu aydındır. Əgər bu işdə Amerikanın əli olmasaydı, FETÖ liderini yola salardı”.
Türkiyənin Daxili işlər naziri Amerika ilə PKK-nın iş birliyində olduyqlarını Suriyada Türkiyəyə qarşı qüvvələri silahlandırdıqlarını deyib: “Əllərinə silah verdilər, gedin, Türkiyəni narahat edin. Türkiyəni qarışdırın, sabitliyi pozun, qarşısını alın, dedilər”,- Soylu bildirib.
Sülyeman Soylu Türkiyənin Suriyada aldığı zərbələri Azərbaycanda ödədiyini də dilə gətirib. “Bəs Türkiyə nə etdi? Türkiyə Azərbaycanda yenidən bayraq dalğalandırdı”,-deyə o bildirib.
Nazir qərb ölkələrinə eyham vuraraq qeyd edib ki, bir sıra xarici qüvvələr Türkiyədə ictimai-asayişi pozmaq, qeyri-sabitlik yaratmağa cəhd göstəriblər. Lakin bu səylər nəticəsiz qalıb.