İyul 23, 2022 11:09 Asia/Baku
  • Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb

İstanbulda Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracına dair bu ölkə, Türkiyə, BMT və Rusiya arasında saziş imzalanıb.

SəhərAzəri-nin məlumatına görə, bu sazişi Türkiyənin müdafiə naziri Xulusi Akar, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov, BMT-nin baş katibi Antonio Quterreşin nəzarəti altında imzalayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü TRT telekanalına müsahibəsində Ukraynadan taxıl ixraccı dəhlizinə dair yekun sənədin imzalandığını açıqlayıb.

Ötən günlərdə Türkiyə Ukrayna, Rusiya və Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyəti arasında birgə iclas keçirərək, Ukrayna taxılının ixracını asanlaşdırmağa və maneələri aradan qaldırmağa çalışıb.

Rusiya və Ukrayna dünya buğdasının demək olar ki, üçdə birini təmin edir, Rusiya kimyəvi gübrələrin əsas ixracatçısı, Ukrayna isə dünyada qarğıdalı və günəbaxan yağının ən böyük ixracatçısıdır.

Teqlər