Türkiyə futbol federasiyasına silahlı hücum edilib
https://azeri.sahartv.ir/news/türkiyə-i392743-türkiyə_futbol_federasiyasına_silahlı_hücum_edilib
Türkiyə futbol federasiyasının İstanbulda yerləşən binası silahlı hücum hədəfinə çevrilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 02, 2022 08:00 Asia/Baku
  • Türkiyə futbol federasiyası
    Türkiyə futbol federasiyası

Türkiyə futbol federasiyasının İstanbulda yerləşən binası silahlı hücum hədəfinə çevrilib.

SəhərAzəri-nin məlumatına əsasən, İnsan tələfatının olmadığı bu hücum Türkiyə futbol başçılarının iclası ilə bir zamanda baş verib.

Polis bu hücumla bağlı iki nəfəri saxlayıb.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib ki, binaya tərəf on bir güllə atılıbdır ki, beş güllə iclaslar otağı və federasiya sədrinin ofisinə dəyibdir.

İstanbulun icra başçısı Əli Erlikaya Türkiyə futbol federasiyasının atəşə tutulması haqda təhqiqatın başlanmasına işarə ilə bu silahlı hücumu pisləyibdir.