Sen 19, 2022 11:41 Asia/Baku
  • Türkiyə Rusiya qazını rublla ödəməyə başlayır

Türkiyəyə tədarük edilən Rusiya qazının qiymətinin 25 faizinin rublla ödənilməsinə dair razılaşma yaxın vaxtlarda qüvvəyə minəcək. Bu barədə ölkənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

SəhərAzəri-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fatih Dönməz deyib: "Türkiyə Rusiyadan aldığı təbii qazın 25 faizini rublla ödəyəcək. Müvafiq razılaşma yaxın vaxtlarda qüvvəyə minəcək. Türkiyənin Rusiyadan qazı dollar əvəzinə rublla alması dollara ehtiyacı və xərcləri azaldacaq”, - Fatih Dönməz bildirib.

Teqlər