Sen 25, 2022 11:25 Asia/Baku
  • Çavuşoğlu: ABŞ hələ də PKK-nı dəstəkləyir

Türkiyənin xarici işlər naziri ABŞ-ın hələ də PKK-nı dəstəklədiyini bəyan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Mövlud Çavuşoğlu deyib: "Təəssüf ki, ABŞ Suriyada hələ də PKK/PYD-yə dəstək verir”.

 

 

Çavuşoğlu Türkiyənin ABŞ-la münasibətlərində problemlərin olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ABŞ separatçıları dəstəkləyir.

“Bu terror qurumları da son zamanlar hücumlarının sayını artırıb. Burada FETÖ, digər tərəfdən CAATSA sanksiyaları da bizi narahat edən məsələlərdir. Əslində bunlar bizim üçün milli təhlükəsizlik məsələləridir, müttəfiqimiz ABŞ-dan bu məsələdə həssaslıq gözləyirik, həssaslığımızı anlamalarını gözləyirik”, - deyə nazir vurğulayıb.

Nyu-Yorkda amerikalı həmkarı Entoni Blinkenlə bütün məsələləri müzakirə etdiyini deyən Çavuşoğlu qeyd edib ki, görüşdə viza danışıqları və regional məsələlər də diqqət mərkəzində olub.

Teqlər