Noy 04, 2022 13:47 Asia/Baku
  • Avropa qaz üçün alternativ marşrutlardan çəkindirilir

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “CNN Türk”ə müsahibəsində deyib ki, Avropa Rusiya qazını Türkiyədəki “qaz qovşağı” vasitəsilə ala bilər, belə bir ehtiyac var.

“Avropanın Rusiya qazından imtina etməsi asan proses olmayacaq, bu, illər çəkəcək, ona görə də indi Avropa üçün alternativ marşrutlar qurmaqdansa, Rusiya qazını Türkiyədən almaq daha sərfəlidir”, - Kalın bildirib.

O, həmçinin Avropanın Nabukko layihəsi üzrə uğursuz işi xatırladıb.

Türkiyə Prezidentinin sözçüsünün sözlərinə görə, rəsmi Ankara Ukraynadakı vəziyyətin nizamlanmasından sonra Qərblə Rusiya Federasiyası arasında qaz sahəsində əməkdaşlığın normallaşacağına inanır. Kalın Türkiyənin Aralıq dənizindən və alternativ mənbələrdən mümkün qaz tədarükünün əlverişli paylayıcısı olduğunu vurğulayıb.

Qeyd edək ki, Ukrayna müharibəsi nəticəsində Avropada yaranmış enerji böhranından sonra Azərbaycan Respublikası Rusiya qazına alternativlərdən biri olaraq öz qazını təklif edir.

Teqlər