Süleyman Soylu:
“ABŞ-ın maraqlarını müdafiə edənlər vətən xaini elan ediləcək”
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə ABŞ-ın maraqlarını müdafiə edən siyasət yürüdənlərin hamısını vətən xaini hesab edəcəyini bildirib.
“Vurğulamaq istəyirəm ki, bundan sonra Amerikaya yönəlmiş siyasət yürüdən hər kəs, istər partiyalar, istərsə də ayrı-ayrı şəxslər bu ölkədə vətən xaini elan ediləcək. Türkiyə belə bir nöqtəyə gəldi, bu seçkilərdə bütün tərəflər bəllidir. Aydındır ki, ABŞ Türkiyədə nə etmək istəyir”, - deyə "T-24" portalı nazirin sözlərini sitat gətirir.
Xatırladaq ki, prezident seçkilərinin birinci turu ərəfəsində daxili işlər naziri ABŞ-ın onlara müdaxilə planlarının gücləndiyini bildirərək, Vaşinqtonu namizəd Məhərrəm İncənin prezidentlik yarışından çıxmasına səbəb olan uydurma videolar doldurmaqda ittiham edib.
Soylu bütün anti-Türkiyə hərəkətlərinin arxasında şəxsən ABŞ prezidenti Co Baydenin olduğunu müdafiə edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ilk turunda 49,52%, onun 7 müxalifət partiyasından olan rəqibi Kamal Kılıçdaroğlu isə 44,88% səs toplayıb.
İkinci turun sabah mayın 28-də keçirilməsi nəzərdə tutulub. Qalib gəlmək üçün namizədə sadə səs çoxluğu lazımdır.