Noy 20, 2023 11:40 Asia/Baku
  • Türkiyəli yazar: İncirlik bazası qoynumuzda bəslədiyimiz ilanın yuvasıdır

ABŞ Türkiyədəki İncirlik bazasından İsrailə silah daşıyıb.

Bu məlumat Britaniyada yerləşən Declassified UK xəbər saytında yer alıb.

Xəbərdə ABŞ-ın İsrailə silah, döyüş maşınları, hərbi texnika və sursat daşımasının təfərrüatları göstərilir. Saytın xəbərinə görə, İngiltərənin Cənubi Kiprdəki Aqratur bazası ABŞ-ın İsrailə silah çatdırması üçün beynəlxalq mərkəzə çevrilib. ABŞ və Britaniya təyyarələri Almaniya, Türkiyə və İspaniyadakı bazalarından Aqratura, oradan da İsrailə nəqliyyat uçuşları həyata keçirir.

Bildirilir ki, noyabrın 5-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsi İncirlikdən Aqratur bazasına uçub.

İsrailin “Haaretz” qəzetinin xəbərinə görə, oktyabrın 7-dən 24-dək ABŞ-ın 40-dan çox nəqliyyat təyyarəsi, 20 İngiltərə nəqliyyat təyyarəsi və 7 ağır nəqliyyat helikopteri Aqratura texnika, silah və qüvvələr daşıyıb. Xəbərə görə, təyyarələrə Avropadakı ABŞ və NATO-ya məxsus strateji anbarlardan yüklər yüklənib.

Bu hadisə NATO üzvlüyünün və İncirlik bazasının Türkiyənin suverenliyini necə pozduğunu açıq şəkildə diqqətimizə çatdırır. Bu gün İncirlikin üzərinə götürdüyü bu rolu müzakirə etməyə təcili ehtiyac var.

 

İncirlik 1954-cü ildə açılıb. Bu gün o, Türkiyə ilə ABŞ arasında 1980-ci il tarixli Müdafiə İqtisadi Əməkdaşlıq Müqaviləsi (SEIA) çərçivəsində ABŞ tərəfindən istifadə olunur. Baza NATO çərçivəsində çoxmillətli missiyalarla yanaşı, digər çoxmillətli əməliyyatlarda da istifadə olunub və istifadə olunur. Əslində İncirlik rolunu “ABŞ-ın Geniş Yaxın Şərq və Şimali Afrika Layihəsinin episentri” olaraq təyin etmək düzgün olardı. Bu layihənin strateji məqsədi buradan İran, İraq və Suriyanı parçalamaq və hissələri bu ölkələrdən alınmaqla bir “İsrail” qurmaqdır.

Türkiyəli yazar Fikrət Akfırat bununla bağlı məqaləsində bildirir ki, İncirliyin ABŞ üçün vazkeçilməzliyi təkcə hərbi tələblərdən deyil, hətta İncirlikdəki hərbi varlığı sayəsində qazandığı siyasi çəkidən irəli gəlir. ABŞ-ın məxfi əməliyyatlarının da mərkəzi olan İncirlik də aparılan əməliyyatlarla Türkiyəyə qarşı regional inamsızlıq mənbəyinə çevrilib. İncirlik həm də yarandığı gündən İsrailin himayədarı olub. İncirlik bazası 2016-cı il iyulun 15-də son FETÖ çevrilişinin əsas bazası olub.

“İncirlik bazası qoynumuzda bəslədiyimiz ilanın yuvasıdır. Türkiyə üçün o ilanın başını kəsmək vacibdir. Qəzzə ilə həmrəyliyin ilk addımı ABŞ-ın İncirlik bazasını bağlamaqdır”, - deyə türkiyəli yazar vurğulayır.

 

Teqlər