Yan 29, 2024 12:40 Asia/Baku
  • Kilsəyə hücumla bağlı 40 nəfər saxlanılıb

Türkiyə mediası İstanbulda “” kilsəsinə hücumla bağlı məsuliyyəti İŞİD terror qruplaşmasının öz üzərinə götürdüyünü bildiriblər.

Türkiyə daxili işlər naziri Əli Yerliqaya isə hücumçuların saxlanıldıqlarını deyib.

“Bu səhər "Santa Mariya" kilsəsində bazar ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızın ölümünə səbəb olan iki qatil yaxalanıb”,- Əli Yerliqaya deyib .

O bildirib ki, əməliyyat zamanı şübhəli şəxs qismində ümumilikdə 40-dan çox şəxs saxlanılıb. Saxlanılanlar arasında Rusiya vətəndaşının da olduğu bildirilir.

Dünən İstanbulda "Santa Mariya" kilsəsinə silahlı hücum edilib. Silahlı insident zamanı bir nəfər ölüb. Türkiyə prezidenti və xarici işlər naziri bu hücumu pisləyiblər.

Teqlər