Hakan Fidan: ABŞ Fələstin xalqına qarşı böyük zülm etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i410582-hakan_fidan_abŞ_fələstin_xalqına_qarşı_böyük_zülm_etdi
Türkiyənin Xarici İşlər naziri Təhlükəsizlik Şurasının Fələstinin BMT-yə üzvlüyü ilə bağlı qətnaməsinə veto qoymasına münasibət bildirərək Vaşinqtonun bu hərəkətini Fələstin xalqına qarşı zülm və haqsızlıq adlandırıb.
(last modified 2024-04-22T05:57:41+00:00 )
Apr 22, 2024 09:56 Asia/Baku
  • Hakan Fidan: ABŞ Fələstin xalqına qarşı böyük zülm etdi

Türkiyənin Xarici İşlər naziri Təhlükəsizlik Şurasının Fələstinin BMT-yə üzvlüyü ilə bağlı qətnaməsinə veto qoymasına münasibət bildirərək Vaşinqtonun bu hərəkətini Fələstin xalqına qarşı zülm və haqsızlıq adlandırıb.

Hakan Fidan deyib: “Vaşinqton Fələstinin Birləşmiş Millətlər Təşkilatına daimi üzv kimi daxil olmasına mane oldu və bu, Fələstin xalqına qarşı böyük zülmdür.”

“Beynəlxalq ictimaiyyəti zülmə müqavimət göstərməyə və Fələstin dövlətini tanımağa çağırırıq” - deyə, türkiyəli nazir bildirib.

O qeyd edib ki, rəsmi Ankara 1967-ci il sərhədlərində müstəqil Fələstin dövləti qurulana qədər səylərini fasiləsiz davam etdirəcək.