Ərdoğan: Şəhid Həniyyənin terror edilməsi Fələstin amallarını pozmaq üçündür
İyul 31, 2024 14:27 Asia/Baku
“Mən Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyəyə qarşı həyata keçirilən xain sui-qəsdi qətiyyətlə pisləyirəm və lənətləyirəm”, – Türkiyə prezidenti Ərdoğan X səhifəsində yazıb.
O, deyib: “Bu terror, Fələstin davasını, Qəzzənin şanlı müqavimətini və fələstinli qardaşlarımızın haqlı mübarizəsini pozmaq, onları ruhdan salmaq, qorxutmaq və yatırtmaq üçün mənfur bir hərəkət idi”.“Qardaşım Həniyyəyə qarşı sui-qəsd Şeyx Əhməd Yasin və Əbdüləziz ər-Rantisi kimi fələstinli şəxsiyyətlərə qarşı əvvəlki hücumlar ilə eyni məqsədi daşıyır, amma sionist barbarlığı indiyə qədər olduğu kimi növbəti dəfə də öz məqsədlərinə çata bilməyəcək”, - deyə Ərdoğan qeyd edib.