İran və Rusiya arasında strateji əməkdaşlıqlar genişləndirilir
https://azeri.sahartv.ir/news/Özəl-i207988-İran_və_rusiya_arasında_strateji_əməkdaşlıqlar_genişləndirilir
İran və Rusiya arasında strateji əməkdaşlıqlar genişləndirilir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 15, 2016 20:54 Asia/Baku

İran və Rusiya arasında strateji əməkdaşlıqlar genişləndirilir



Verilişin müddəti : 00:02:00

Tarix : 2016/02/16


İran və Rusiya arasında strateji əməkdaşlıqlar genişləndirilir


İran İslam Respublikasının müdafiə naziri İran və Rusiya arasında strateji əməkdaşlıqların genişləndirilməsindən xəbər verib.

General-mayor Hüseyn Dehqan Moskvaya daxil olduqdan sonra, jurnalistlər qarşısında verdiyi açıqlamada İran və Rusiya arasında hərbi əməkdaşlıqların hər iki ölkənin diqqət mərkəzində olan məsələ olduğunu vurğulayıb və deyib: İki ölkə arasındakı keçmiş anlaşmaların yenidən nəzərdən keçirilməsi və Suriya mövzusu ilə bağlı fikir mübadilələrinin aparılması bu səfərin gündəmində duran əsas məsələlərdir.

General-mayor Dehqan bu səfərin Suriyadakı terrorçu qruplaşmaların bəzi himayədarlarının aktivləşməsi ilə bir dövrə təsadüf etməsinə də işarə edib və deyib: Terrorçular ilə mübarizənin aparılması, xarici müdaxilələrin dayandırılması və Suriyanın gələcək taleyinin bu ölkə xalqı tərəfindən təyin edilməsi İranın Suriya böhranı ilə bağlı aydın mövqeyidir.

İranın müdafiə naziri həmçinin, İran və Rusiyanın Suriya böhranının həlli istiqamətində əməkdaşlıq etmələrinə təkid edərək, deyib: Heç şübhəsiz Moskva müzakirələri Suriya böhranının həlli prosesinin sürətlənməsinə kömək edəcək.