AZƏRBAYCAN QEYRİ-NEFT MƏHSULLARININ İXRACINI TƏŞVİQ EDİR
https://azeri.sahartv.ir/news/Özəl-i209707-azƏrbaycan_qeyrİ_neft_mƏhsullarinin_İxracini_tƏŞvİq_edİr
AZƏRBAYCAN QEYRİ-NEFT MƏHSULLARININ İXRACINI TƏŞVİQ EDİR
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2016 03:50 Asia/Baku

AZƏRBAYCAN QEYRİ-NEFT MƏHSULLARININ İXRACINI TƏŞVİQ EDİR


Verilişin müddəti : 00:01:00

Tarix : 2016/03/02



Azərbaycan qeyri-neft məhsullarının ixracını təşviq edir


Azərbaycan Respublikası prezidenti İlham Əliyev qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.


"APA- "nın xəbərinə görə, fərmanda deyilir ki, görülən tədbirlər nəticəsində qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun xüsusi çəkisinin ildən-ilə artmasına baxmayaraq, qeyri-neft məhsullarının ixracının ümumi ixracda xüsusi çəkisi kifayət qədər yüksək olmayıb.


Fərmana əsasən, Azərbaycan ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək.


Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir və 2020-ci ilin dekabrın 31-dək qüvvədədir.