Vilayəti və Həkimin mətbuat konfransı
Vilayəti və Həkimin mətbuat konfransı
Verilişin müddəti : 00:02:44
Tarix : 2016/10/24
Vilayəti və Həkimin mətbuat konfransı
İslami Oyanış Ümumdünya Assambleyasının baş katibi və İraq Ali İslami Məclisinin sədri təkfirçi təfəkkürü İslam dünyasının böyük problemlərindən və ona qarşı təhdidlərdən biri adlandırıblar.
IRNA-nın məlumatına görə, İslami Oyanış Ümumdünya Assambleyasının baş katibi və İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti bu gün Bağdadda İraq Ali İslami Məclisinin sədri Əmmar Həkimlə birgə mətbuat konfransında deyib ki, bu assambleya İslam dünyasının böyük problemlərindən biri olan təkfirçi təfəkkürün kökünü kəsməyə çalışır.
İslami Oyanış Ümumdünya Assambleyasının Ali Şurasının doqquzuncu iclasında iştirak məqsədilə Bağdada səfər etmiş Vilayəti söyləyib: 22 islami ölkənin bu assambleyada iştirakı müsəlmanların birliyinin bəyanıdır.
Seyid Əmmar Həkim də bu mətbuat konfransında İŞİD-in təkcə İraq üçün deyil, həm də bütün dünya üçün bir hədə olduğunu bildirərək, əlavə edib: İslam İnqilabının Böyük Rəhbərinin tədbiri və hikmətilə əsası qoyulmuş İslami Oyanış Ümumdünya Assambleyasının iclası İslam dünyasının sünni və şiə şəxsiyyətləri və din alimlərindən bir çoxunun iştirakı ilə İslam dünyasının son vəziyyətindən məlumatlanmaq üçün keçirilir.