Dek 10, 2017 19:19 Asia/Baku
  • Ruhani: Trampın səhv qərarı region alovu üstünə benzin səpmək idi

İran İslam Respublikası prezidenti deyib: ABŞ prezidentinin bu ölkənin səfirliyini Qüdsə köçürməyə dair son qərarı səhv qərar olaraq region alovu üstünə benzin səpmək idi.

Həsən Ruhani bu gün Tehranda Britaniyanın xarici işlər naziri Boris Cansonla görüşündə deyib: İran İslam Respublikası regionda dinamik sülh və stabilliyin, müharibə və qan tökülməsinə son qoyulmasının və terrorizmin kökünün kəsilməsinin tərəfdarıdır və London ilə Tehran arasındakı dialoq regionda əlavə stabillik uğrunda əməkdaşlığa öz töhfəsini verə bilər. 

İİR prezidenti deyib: İran müsbət təşəbbüskarlığı ilə regionun iki ölkəsini məhvdən və terrorizmdən xilas etdi və kimsə İranın regiondakı müsbət təşəbbüslərinə heç bir şübhə edə bilməz. 

İİR prezidenti İran və Britaniya arasında Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsində bank əməkdaşlıqlarının genişləndirilməsinin vacibliyini vurğulayaraq deyib: ƏMTP-ni icra etmək və onu qorumaq önəmlidir və hamı, xüsusiylə də İran xalqı bu razılaşmanın səmərələrindən faydalanmalıdırlar. 

Bu görüşdə Britaniya baş naziri Boris Conson da bu gün ƏMTP vasitəsi ilə Tehran ilə London arasında əlaqələr və əməkdaşlıqların genişləndirilməsi üçün yaxşı fürsətin yarandığını bildirərək deyib: Britaniya müxtəlif sahələrdə İran ilə hərtərəfli münasibətlərin genişləndirilməsində qərarlıdır. 

Boris Conson İranın regionda terrorizm ilə mübarizə və sülh və sabitliyin inkişafı uğrunda müsbət təşəbbüslər həyata keçirmiş olduğunu bildirərək deyib: London ABŞ prezidentinin bu ölkə səfirliyini Qüdsə köçürmək qərarını münasib görmür. 

Teqlər