AEBA Netanyahunun İran əleyhinə iddialarını rədd etdi
-
AEBA Netanyahunun İran əleyhinə iddialarını rədd etdi
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranda nüvə silahları proqramını sübut edəcək heç bir etibarlı faktın olmadığını bildirib.
Fransa İnformasiya Agentliyinin Vyanadan verdiyi məlumata görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu gün çərşənbə axşamı günü sionist rejimin baş naziri Benyamin Netanyahunun şou xarakterli açıqlamasına reaksiyada bir bəyanatda bildirib: İranın nüvə partlayışı üzrə tərkibi istehsal etməklə əlaqədar heç bir fəaliyyəti olmayıb.
Sionist rejim baş naziri Benyamin Netanyahu bazar ertəsi gecə bir neçə şəkild, video-kadr və kağızı göstərərək iddia edib ki, İran nüvə anlaşmasını əldə etməzdən öncə nüvə silahlarına çatmaq üçün çalışıb, anlaşmadan sonra da gizli fəaliyyətləri davam etdirir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik öz bəyanatında bildirib: Agentlik İran haqda nəzarətlə əlaqədar bütün informasiyaları standart metodlarla qiymətləndirib.
Bu bəyanatda 2015-ci il dekabrda nüvə sazişi çərçivəsində İranın nüvə fəaliyyətləri ilə əlaqədar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin davamlı qiymətləndirməsinə toxunulub. Həmin dəyərləndirmələrə əsasən, agentlik bu müddətdə bütün hesabatlarında İranın nüvə sazişinə sadiq qaldığını təsdiqləmişdir.