İranın Əlcəzairdəki səfirliyinin Polisario cəbhəsilə həmkarlığı iddiası təkzib olunub
-
İranın Əlcəzairdəki səfirliyinin Polisario cəbhəsilə həmkarlığı iddiası təkzib olunub
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi İranın Əlcəzairdəki səfirliyinin Polisario cəbhəsilə həmkarlığı iddiasını təkzib edib.
İran İslam Respublikasının Əlcəzairdəki səfirliyi də bu gün bir bəyanat yayaraq, Mərakeşin bu səfirliyin Polisario cəbhəsinin fəaliyyətləri ilə əlaqəsi barədəki iddialarını rədd edib.
Mərakeşin xarici işlər naziri Nasir Buritə dünən gecə iddia edibdir ki, İran tərəfindən himayə olunan Livan Hizbullahı Polisario cəbhəsinə maliyyə və silah dəstəyi verir və bu cəbhənin qüvvələrindən bir qrupuna hərbi təlimlər keçir.
Livan Hizbullahı da Mərakeşin xarici işlər nazirinin iddiasına reaksiyada bildirib ki, təəssüflə, Mərakeş Amerikanın, sionist rejimin və Ərəbistanın təzyiqlərilə İrana və Livan Hizbullahına qarşı ittihamlar irəli sürür.
Polisario cəbhəsinin sözçüsü Muhəmməd Həddad da Mərakeşin İranla əlaqələri kəsməyə dair qərarının ardınca İranın bu cəbhənin qüvvələrinə dəstək verməsinin saxta və yalan olduğunu bildirib və deyib ki, Polisario cəbhəsinin İranla həmkarlığı yoxdur.
Livan Hizbullahına qarşı təzyiqlərin artması və İranın digər ölkələrin daxili işlərinə qarışmaqda ittiham olunması səud və sionist rejimləri və Amerikanın İranofobiya vasitəsindən istifadə ilə regiondakı hədəflərinə çatmaq üzrə birgə planıdır.