Axundi: İran EKO regionunun ticarətinin genişləndirilməsində mühüm rol oynayır
İranın yol və şəhərsalma naziri Türkmənistanın Türkmənbaşı şəhərində deyib: İran İslam Respublikası münasib nəqliyyat infrastrukturları ilə EKO regionunun, xüsusən quru ilə qapalı ölkələrin ticarətinin genişləndirilməsində mühüm rol oynayır.
Verilişin müddəti : 00:01:53
Tarix : 2018/05/06
-------------------------------------------------------------------------
Axundi: İran EKO regionunun ticarətinin genişləndirilməsində mühüm rol oynayır
Abbas Axundi dünən EKO iqtisadi əməkdaşlıq təşilatına üzv ölkələrin nəqliyyat nazirlərinin 9-cu iclasında EKO regionu ölkələrinin tarix, mədəniyyət və sivilizasiya ortaqlıqlarına, qonşu ölkələrin qovşaq yollarına və ondakı çoxlu potensialara, o sıradan səkki milyon kvadrat kilomterlik əraziyə, 400 milyon nəfərlik əhaliyə, zəngin enerji mənbələri və turizm müxtəlifiyinə toxunaraq deyib: EKO regionu dünyanın siyasi coğrafiyasında ən strateji regionlardan biridir.
İranın yol və şəhərsalma naziri EKO katibliyinin EKO-nun nəqliyyat və tranzit razılaşması çərçivəsinin icra olunamasının sürətləndirilməsi, sərhəd keçidinin asanlaşdırılması, nəqliyyat və tranzitdə lazımsız tədbirlərin və qeyri-fiziki maneələrin aradan götürülməsi və EKO regionunda dəmir və şose dəhlizlərinin inşasının həyata keçirilməsi istiqamətində ciddi təmərküzləşməni vurğulayıb və belə əlavə edib: Bu gün, bundan öncə EKO regionunda və EKO-nun nəqliyyat sektorunun proqramları çərçivəsində çıxarılmış qərar və hazırlanmış proqramların reallaşması istiqamətində addımların atılmasının vaxtıdır.
İran, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Azərbaycan Respublikası EKO-ya üzv ön ölkədir.
---------------------------------------------------------------------------
Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.