Sionist rejimin müharibə naziri İrana qarşı acizliyini etiraf edib
-
Sionist rejimin müharibə naziri İrana qarşı acizliyini etiraf edib
Sionist rejimin müharibə naziri Aviqdor Liberman dünən gecə İsrail televiziyasının ikinci kanalı ilə müsahibədə İran ilə sionis rejim arasında müharibə ehtimalı barədə deyib: Təl-Əviv İranla müharibədə heç bir mənfəət əldə etməyəcək.
İRNA-nın verdiyi məlumata görə, sionist rejimin müharibə naziri bu rejimin digər başçılarının təhrikamiz bəyanatlarına baxmayaraq deyib ki, bu rejim İranla müharibənin qarşısını almaq üçün əlindən gələni edəcək.
O özünün keçmişdəki iddialarını təkrarlayaraq deyib: İrana Suriyada yerləşməsinə və bu ölkə ərazisindən israilli qüvvələrə qarşı istifadə etməsinə imkan verməyəcəyik.
Liberman iddia edib ki, iranlı qüvvələr İsrail qarşısında hava sərhədlərini bağlamaq üçün artileriya və raket sistemlərini yerləşdirməkdə davam edirlər.
Liberman ABŞ-ın nüvə sazişindən çıxması ehtimalı barədə də deyib: ABŞ prezidenti Donald Tramp İsrail tərəfini öz qərarı barədə xəbərdar etməyib.