NATO üzvləri Gürcüstanın bu alyansa qoşulmasını dəstəkləyiblər
Şimali Atlantika Müqaviləsi Təşkilatı NATO-ya üzv ölkələrin nümayəndələri Gürcüstanın bu alyansa qoşulması prossesinin ciddi şəkildə dəstəklənməsinə çağırıblar.
İRNA-nın verdiyi məlumata görə, NATO-ya üzv ölkələrin nümayəndələri Polşada bu təşkilatın Parlament Assambleyasında yaydıqları bəyanatda NATO rəhbərlərini Gürcüstan və Ukraynanın ərazi bütövlüyü və suverinliyini qeyd-şərtsiz himayə üzrə öz mövqelərinə bir daha təkid etməyə çağırıblar.
Bu bəyanatda İyul ayında Brüssel iclasında NATO rəhbələrinin bə bu təşkilatın təhlükəsizlik təhdidlərinə qarşı birləşmələri istənilib.
NATO Parlament Assambleysası NATO-ya üzv ölkələr eləcədə bu alyansın ortaqlarının parlament nümayəndələrindən ibarət bir qrum olaraq 1955-ci ildə yaradılıb.
NATO üzvlərinin Gürcüstanın bu təşkilata üzvlüyünə dəstək vermələri elə bir şəraitdədir ki, Rusiya NATO-nun şərqə genişlənməsi və bu hərbi alyansın qüvvələrinin Rusiya sərhədlərində fəaliyyəti barədə xəbərdarlıq edir və bu kimi hərəkətlərin qarşılıqlı reaksiya ilə üzləşəcəyini bildirir.