Səudiyyə Ərəbistanında qəfil hadisələr
Əl-Cübəyrin Yəmən, Suriya, Qətər və Qaşıqçının qətli işindəki nakamlıqları göstərdi ki, onun kənarlaşdırılması cəzalandırmağa bənzəyir.
Əl-Məyadin telakanalının verdiyi məlumata görə, Səudiyyə kralı Məlik Salman dünən ayrı-ayrı fərmanlarla nazirlər kabinetində dəyişikliklər edib və beləliklə bir neçə nazir vəzifələrindən kənarlaşdırılıb. Bunlardan biri xarici işlər naziri Adil Əl-Cübəyr idi. Adil Əl-Cübəyrin bioqrafiyası və fəaliyyət keçmişini nəzərdən keçirən hər kəs Ərrəyadın Vaşinqtondakı keçmiş səfirinin son 30 ildə ABŞ hökuməti ilə Səudiyyə Ərəbistanı arasında ən əsas əlaqə vasitələrindən biri olub. Bu da Əl-Cübeyrin tənqidçilərinin onu Amerikanı həddindən artıq sevməkdə və səudiyyəli olmaqdan daha çox amerikalı olmaqda ittiham etmələrinə səbəb olmuşdu.
Əl-Cəzirə telekanalı bir reportajda Səudiyyə Ərəbistanında son geniş siyasi dəyişiklikləri şərh edib və onu Qaşıqçının qətli ilə əlaqədar Səudiyyə hökuməti və Bin Salmana qarşı daxili və xarici təzyiqlərin əks-sədası adlandırıb.
27 dekabrda Səudiyyə Ərəbistanı kralı bir sıra fərmanlar verdi. Həmin fərmanlara görə, nazirlər kabineti yenidən təşkil olundu və monarxiya qurumlarında dəyişikliklər edildi və deyilənlərə görə bu qərarla son illərdə ən gefniş miqyaslı dəyişikliklərdir.
Londonda çıxan Rəyəl-yəum qəzetinin internet portalında dərc olunmuş baş məqalədə deyilir: Səudiyyə Ərəbistanında bu ölkənin keçmişdəki kimi, susqunluq ölkəsi olmaması istiqamətində qəfil hadisələr baş verə bilər və bu ölkənin vəliəhdi avanturist bir adam olaraq öz müttəfiqlərinə görə, önəmli və cəsarətli qərarlar qəbul etməkdə şübhələnmir.