Mart 31, 2019 20:54 Asia/Baku

İran komandası on müxtəlif medal qazanaraq, Gürcüstanda gənclər arasında keçirilən beynəlxalq yunan-roma güləş yarışlarının çempionu olub.

İran komandası bu yarışlarda beş qızıl, iki gümüş və üç bürünc medal əldə edib.

Gürcüstanda gənclər arasında beynəlxalq yunan-roma güləş yarışları İran, Gürcüstan, Ermənistan, Azərbaycan Respublikası, Ukrayna, Belarus, Bolqarıstan və Yunanıstan komandalarının iştirakı ilə martın 29-u və 30-da Batumi şəhərində keçirilib.

Teqlər