İran dünya ictimaiyyətinin Yəməndəki cinayətlər qarşısında susmasından təəssüflənib
Apr 07, 2019 23:16 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü dünya ictimaiyyətinin təcavüzkarların Yəməndə törətdikləri cinayətlərə laqeyd yanaşmaları ilə bağlı təəssüf ifadə edib.
Bəhram Qasemi bu gün təcavüzkar səud koalisiyasının Sənadakı bir qız məktəbini bombalamaq kimi cinayətini pisləyərək, deyib: Yəmənə təcavüz edən qüvvələrə silah dəstəyi verən ölkələr bu ölkədə insan faciəsinin yaranmasına bais olublar. Onlar bu cinayətə şərikdirlər və öz himayələrinə görə, cavabdeh olmalıdırlar.
Qasemi BMT-dən və Yəmən böhranında təsirli olan ölkələrdən istəyibdir ki, təcavüzkarların hücumlarının tez bir zamanda dayandırılması üçün öz səylərini artırsın və qadın və uşaqlar xüsusiyyət təşkil etməklə mülkilərin mühafizəsi üçün lazım olan addımları atsınlar.