Bakıda"Sədərək" ticarət mərkəzində yanğın baş verib
https://azeri.sahartv.ir/news/Özəl-i345780-bakıda_sədərək_ticarət_mərkəzində_yanğın_baş_verib
Avqustun 4-də günün ikinci yarısında Bakı şəhərinin Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2019 17:20 Asia/Baku

Avqustun 4-də günün ikinci yarısında Bakı şəhərinin Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın 3 saatadan çox davam edib. Fövqəladə hallar nazirliyindən müxtəlif parfümeriya malları, sabunlar, dezodorant, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahənin yandığı deyilir.

Bu ticarət mərkəzində yanğın parfümeriya mağazasından başlayıb, daha sonra da müxtəlif malların saxlandığı anbara keçibdir.

Yanğının nədən baş verdiyi açıqlanmayıb.