Laricani əməkdaşlıqların genişləndirilməsində Asiya Parlamentləri Baş Assambleyasının roluna təkid edib
İran İslam Şurası Məclisinin sədri Asiya Parlamentləri Baş Assambleyasının əməkdaşlıqıarın genişləndirilməsi və əlaqələrin möhkəmləndirilməsindəki önəmini vurğulayıb.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani, şənbə günü Asiya Parlamentləri Baş Assambleyasının 12-ci iclasında iştirak etmək məqsədilə Türkiyəyə getməzdən öncə, müxbirlər qarşısında deyib; Son bir neçə dekadada Asiya ölkələri elm və texnologiya, iqtisadiyyat və ticarət sahələrində gözəçarpacaq dərəcədə sıçrayışın şahidi olublar və siyasi məsələlərin həllində effektiv addımlar atıblar.
Ə.Laricani Asiya Parlamentlərinin 12-ci Baş Assambleyasında elmi və siyasi əməkdaşlıqlar üçün mexanizmlərin yaradılmasına toxunaraq, ümidvarlıq edib ki, bu forum müasir əsrdə yeni bir yanaşma tərzi ilə Asiya ölkələrinin yaxınlaşması üçün effektiv üsullar təqdim edəcək.
İran parlamentinin sədri həmçinin, Asiya Parlamentlərinin 12-ci Baş Assambleyasını üzv ölkələr arasında görüşlərin keçirilməsi və fikir mübadiləsi üçün münasib fürsət olduğunu bildirərək, bu səfərdə İran parlament heyətinin Asiya Parlamentlərinin sədrləri ilə görüşərək, İranın iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində çalışacağından xəbər verib.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani müxbirlər ilə müsahibədən sonra, bir parlament heyətinin müşayiəti ilə Tehranı Türkiyə istiqamətində tərk edib.