Fev 04, 2020 15:09 Asia/Baku
  • Xmeymim aviabazası ətrafında terrorçuların iki pilotsuzu məhv edilib
    Xmeymim aviabazası ətrafında terrorçuların iki pilotsuzu məhv edilib

Suriyanın Ələxbariyyə telekanalı terrorçuların Rusiyanın Suriyanın şimal-qərbindəki Laziqiyyə vilayətində yerləşən Xmeymim aviabazasına qarşı PUA hücumunun dəf olunmasından xəbər verib.

Ələxbariyyə telekanalı bildirib ki, Xmeymim aviabazasının hava hücumundan müdafiə sistemləri bu bazanın ətrafında terrorçulara məxsus iki silahlı pilotsuzu məhv ediblər.

Bu məlumata əsasən, aviabazanın təsisatlarına heç bir ziyan dəyməyibdir.

Yanvarın 19-da da Xmeymim aviabazasının zenit raket sistemləri bazanın yaxınlığında terror qruplarına məxsus üç ədəd silahlı pilotsuzu vurmuşdular.

Suriyanın Laziqiyyə vilayətində yerləşən Xmeymim aviabazası və Tartus şəhərində yerləşən dəniz himayə bazası Rusiyanın ixtiyarındadırlar.

Rusiya 2015-ci il sentyabrın sonlarından bəri Suriya ilə anti-terror həmkarlığı formasında Xmeymim-də yerləşən öz hava-kosmos bölməsindən istifadədən əlavə, dəniz və sualtı bölmələrdən, həmçinin qitələrarası bombardmançılardan da terrorçuların bu ölkədəki hədəflərinin bomabalanması üçün bəhrələnir.

Suriyada böhran 2011-ci ildən Ərəbistanın, ABŞ-ın və onların müttəfiqlərinin dəstək verdikləri terror qruplarının geniş hücumlarıi lə region parametrlərini sionist rejimin xeyrinə dəyişmək məqsədilə başlandı. Ondan sonra Suriya İran və Rusiyadan istədi ki, terrorçularla mübarizədə Dəməşqə kömək etsinlər.

Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məşvərət köməkləri və Rusiyanın himayəsilə bu ölkədə İŞİD terror qrupunun işinə xitam verib.

Digər terror qrupları da məğlub olmaqdadırlar.

 

Teqlər